:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Real Madrid"in futbolçusu balıqçıları xilas etməyə kömək edib

Font

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Fabio Koentrao 15 balıqçını xilas etməyə kömək edib.

"El Bernabeu" xəbər verir ki, balıqçılar sahildən 18 kilometr uzaqlıqda qəzaya uğrayıb. Onlar Aveyru şəhərinə kömək üçün siqnal göndərməyə müvəffəq olublar.

Portuqaliyalı müdafiəçinin sahibi olduğu "Vitoriya Koentrao" gəmisi balıqçılara ən yaxın olub. Gəminin ekipajı hadisə yerinə çatıb və qəzaya uğrayanları xilas edib.

Qeyd edək ki, Fabio Koentrao 2017/2018 mövsümündə icarə əsasında Portuqaliyanın "Sportinq" klubunda çıxış edib.