:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın bütün klubları Avroliqa ilə vidalaşıb

Font

Avropa Liqasında Azərbaycanı təmsil edən hər 3 klub mübarizəni erkən dayandırıb.

Yenizaman.az xəbər verir ki, "Keşlə" və "Qəbələ"nin ardından "Neftçi" də elə I təsnifat mərhələsindəcə yarışla vidalaşıb. Flaqman "Uypeşt"lə Macarıstanda keçirdiyi cavab görüşündə 4:0 hesablı məğlubiyyətə uğrayıb. Hesabı 19-cu dəqiqədə kapitan Robert Litauski açıb. Bundan 2 dəqiqə sonra Boyan Sankoviç fərqi artırıb. Meydan sahibləri ikinci hissədə də 2 qol vurub. 50-ci dəqiqədə Donat Joter, 65-ci dəqiqədə isə Obinna Emmanuel Nvobodo fərqlənib.

Beləliklə, "Neftçi" ilk görüşdə 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, cavab oyununda böyük hesabla məğlub olaraq turnirlə vidalaşıb.