:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Didye Deşamın Fransa millisindəki gələcək karyerasına aydınlıq gəlib

Font

Futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olan Fransa yığmasının baş məşqçisi Didye Deşam postunda qalacaq.

Yenizaman.az-ın "L'Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis postundan öz istəyi ilə getməyəcək. O bildirib ki, 1998-ci ildə dünya çempionu olduqdan sonra Fransa millisini tərk edən Eme Jake kimi davranmayacaq: "Mən qalıram. Çünki müqaviləmə uyğun öhdəliyim var. Bir neçə həftəlik yoxa çıxacağam. Lakin sonra yenə görüşəcəyik”.

Qeyd edək ki, Fransa millisi Rusiyadakı mundialın finalında Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edib. Deşam 2012-ci ildən ölkəsinin əsas komandasına rəhbərlik edir. Onun Fransa Futbol Federasiyası ilə 2020-ci ilə qədər müqaviləsi var.