:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fransa ikiqat dünya çempionu olub

Font

Futbol üsrə Fransa milli komandası tarixində ikinci dəfə dünya çempionu olub.

Yenizaman.az-ın məlumatına görə, Didye Deşamın baş məşqçi olduğu kollektiv Rusiyadakı mundialın finalında Xorvatiya yığmasını məğlub edib - 4:2. Hesabı 18-ci dəqiqədə xorvatiyalı hücumçu Mario Mancukiç açıb. Lakin o, topu öz qapısına göndərib. Bundan 10 dəqiqə sonra İvan Perişiç bərabərlik qolunu vurub. 38-ci dəqiqədə isə argentinalı baş hakim Nestor Pitana VAR sisteminə müraciət edildikdən sonra Xorvatiyanın qapısına penalti təyin edib. O, Perişiçin əllə oyununu qayda pozuntusu kimi dəyərləndirib. Nəticədə Antuan Qrizmann penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra tərəflər daha 3 qol vurublar. 59-cu dəqiqədə Pol Poqba, 65-ci dəqiqədə Kilian Mbappe fərqi artırıb. 69-cu dəqiqədə isə Mario Mancukiç qapıçı Uqo Lyorisin səhvindən sonra fərqi azaldıb.

Beləliklə, Fransa 1998-ci il mundialından sonra ikinci dəfə dünya çempionu olub. Deşam isə Mario Zaqallo (Braziliya) və Frants Bekkenbauerdən (Almaniya) sonra həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olan üçüncü baş məşqçiyə çevrilib.