:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Çelsi" klubuna yeni baş məşqçi təyin olunub

Font

İngiltərənin "Çelsi" futbol komandasına yeni baş məşqçi təyin olunub.

YEnizaman.az-ın  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Mauritsio Sarriyə həvalə olunub.

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı baş məşqçi həmyerlisi Antonio Konteni əvəzləyib.

Qeyd edək ki, Maurisio Sarri bu təyinatadək 3 il ərzindəİtaliyanın "Napoli" klubunda çalışıb. Onun rəhbərliyi altında Napoli komandası ardıcıl iki mövsüm A Seriyasının gümüş və bürünc medallarını qazanıb, Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Sarri 2017-ci ildə İtaliya çempionatının ən yaxşı baş məşqçisi seçilib.