:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

FIDE-nin prezidenti vəzifəsindən kənarlaşdırılıb

Font

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlümjinovu vəzifəsindən kənarlaşdırıb.

Bu barədə FIDE-nin Etika Komissiyası yekdilliklə qərar qəbul edib. İlümjinov Etika Kodeksini pozmaqda günahlandırılır. 56 yaşlı funksionerin səlahiyyətləri bu gündən 18 ay müddətinə müvəqqəti dondurulub. Dərhal kənarlaşdırılma 6 ay - 12 yanvar 2019-cu ilədək qüvvədə olacaq. Qalan 12 aylıq diskvalifikasiya isə 2 ildən sonra tətbiq olunacaq.

FİFA prezidenti seçkisi bu il oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək. İlümjinov bu vəzifədə 1995-ci ilin noyabrından çalışırdı.

Qeyd edək ki, hazırda ali şahmat qurumunun rəhbəri postuna rusiyalı Arkadi Dvorkoviç əsas namizəddir.