:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zaxarova: "Azərbaycan və Ermənistan münaqişə bölgəsində müşahidəçilərin sayının artırılmasını razılaşdıra bilməyiblər"

Font

Azərbaycan və Ermənistan münaqişə bölgəsindəATƏTmüşahidəçilərinin sayının artırılması ilə bağlı yekun qərara gələ bilməyiblər.

Bu sözləri keçirdiyi brifinqdə RusiyaXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya ZaxarovaATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı suala cavabındadeyib.

M.Zaxarovabildirib ki,Dağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə istiqamətlənən addımları, sülh prosesinə yardım edən atmosferin yaradılmasını müzakirə ediblər: "Bu məqsədlə onlar münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması ilə bağlı razılığa gəliblər. Bu mövzu xarici işlər nazirlərinin bu ilin əvvəlində Krakovda keçirilən görüşündə müzakirə olunub, əlavə müşahidəçilərin olması və bununla əlaqədar digər məsələlərlə prinsipial anlaşma əldə olunub. Lakin tərəflər bununla bağlı hələ ki yekun qərara gələ bilməyiblər. Hazırda Ermənistanda yeni rəhbərlikdir. Ümid edirik ki, tərəflərinDağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı, müşahidəçilər məsələsi da daxil olmaqla, bir sıra geniş məsələləri müzakirə edəcəyi yenə görüşlər olacaq”.