:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub

Font

Bu gün paytaxtın elektrik enerji təchizatında yaranmış problem "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olub.

Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.