:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Amerikalılar ABŞ-ın ən yaxşı prezidentini müəyyən ediblər

Font

ABŞ vətəndaşlarının, təxminən, yarısı ABŞ-ı idarə edən ən yaxşı prezident kimi Barak Obamanın adını çəkiblər.

"Pew" ictimai rəyin öyrənilməsi mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, amerikalılar ona birinci və ya ikinci yeri veriblər.

Bildirilir ki, 2002 amerikalıya "Sizin yaşadığınız dövrdə hansı prezident ən yaxşı öz işini yerinə yetirib" sualı verilib. Yekun nəticələrdə birinci və ikinci yerlər nəzərə alınıb.

Sorğuda iştirak edənlərin 44%-i Barak Obamanı, 33%-i Bill Klintonu, 32%-i isə Ronald Reyqanı ABŞ-ın ən yaxşı prezidenti hesab edib. İndiki dövlət başçısı Donald Trampı respondentlərin 19%-i dəstəkləyib.