:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Qarabağ” Çempionlar Liqasında İLK QƏLƏBƏSİNİ QAZANDI

Font

Dünən Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib.

Son 5 mövsümün çempionu "Qarabağ” mübarizəyə qoşulub.

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın "Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın "Stojitse” stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.


Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun
"Olimpiya” (Sloveniya) – "Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Vild-Donald Gerye, 79

Lyublyana, "Stojitse” stadionu