:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mesut Özil Ərdoğana görə karyerasını başa vurur

Font

Türk əsilli alman futbolçu Mesut Özil millidəki karyerasına qon qoymağı qərara alıb.

"Sky Almania” nəşri xəbər verir ki, buna səbəb futbolçunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi fotoya görə Almaniyada linç edilməsidir.

Almaniya millisinin Dünya Çempionatındakı uğursuz çıxışlarının da tək səbəbi kimi göstərilən 29 yaşlı futbolçunun atası da "Bild”ə verdiyi açıqlamada oğlunun yerində olsa, milli karyerasını başa vura biləcəyini demişdi.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərindən öncə İngiltərəyə işgüzar səfər etmiş, səfər zamanı Premyer Liqada çıxış edən türk əsilli futbolçular Mesut Özil, İlkay Gündoğan və Cenk Tosunla görüşmüşdü. Bu görüş Almaniyada hökumət səviyyəsində sərt reaksiyalara səbəb olmuş, Ərdoğanın futbolçulardan seçki kampaniyası çərçivəsində istifadə etdiyi iddia edilmişdi.