:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

SOCAR Qrup 419 mln. manat kredit götürüb

Font

2018-ci ilin martında SOCAR Qrupu Maliyyə Nazirliyindən 102 mln. manat (60 milyon ABŞ dolları) və 98 mln. manat məbləğlərində, müvafiq olaraq, qısamüddətli və uzunmüddətli borclar götürüb.

SOCAR-ın audit olunmuş maliyyə hesabatlarında göstərilir ki, cari ildə SOCAR Qrup bir neçə yerli Gürcüstan banklarından 156 mln. manat (239 milyon GEL) və 16 mln. manat (24 milyon GEL) məbləğlərində, müvafiq olaraq qısamüddətli və uzunmüddətli borclar götürüb.

Bundan başqa, cari ildə SOCAR Qrupu bir neçə beynəlxalq bankdan Karbamid zavodu üçün 47 mln. manat (23 milyon Avro) məbləğində borc tranşı qəbul edib.

Bununla da cari ildə SOCAR Qrup ümumilikdə 419 mln. manat kredit götürüb.

Cari ildə SOCAR qrupu bir neçə beynəlxalq və yerli banklara borc öhdəlikləri üzrə müvafiq olaraq 417 mln. manat (245 milyon ABŞ dolları), 6 mln. manat (3 milyon Avro), 187 mln. manat (271 milyon GEL) və SOFAZ-a 65 mln. (38 milyon ABŞ dolları) məbləğində ödəniş edib.