:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DÇ-2018-in 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib

Font

3 iyunda keçirilən İngiltərə-Kolumbiya matçından sonra futbol üzrə Dünya çempionatı-2018-in ¼ final mərhələsinin bütün cütləri müəyyənləşib.

Moskvanın "Spartak" arenasında keçirilən 1/8 final görüşünün əsas hissəsi 1:1 hesabı ilə başa çatıb.

Oyuna əlavə olunmuş dəqiqələrdə qapılara qol vurulmadığından, qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən etmək lazım gəlib. Penaltilər seriyasında isə ingilislər 4:3 hesabı ilə qalib gələrək ¼ finala çıxıblar. Bu mərhələdə onların rəqibi İsveç millisi olacaq.

DÇ-2018 – final mərhələsi. 1/8 final

Kolumbiya – İngiltərə - 1:1, penaltilər seriyası - 3:4

Qollar: 0:1 – Keyn – 57 (pen), 1:1 – Mina – 90+3