:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Danimarka yığmasının iki futbolçusu millidəki karyerasını başa vurub

Font

Danimarka yığma komandasının futbolçusu Uilyam Kvist millidəki karyerasını başa vurub.
Yenizaman.azxəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi "Facebook" hesabından paylaşım edib.

O, DÇ-2018-in 1/8 finalında Xorvatiyaya qarşı keçirdiyi matçın onun üçün sonuncu olduğunu vurğulayıb. Kvist kimi, digər danimarkalı Kron-Deli də millidəki karyerasının sona çatdığını açıqlayıb.

Qeyd edək ki, Danimarka dünya çempionatının 1/8 finalında əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyasında məğlub olub.