Fransa 1/4 finala yüksəlib
- Yerləşdirilib: 2018-06-30 20:00:00
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin ilk oyunu baş tutub. Yenizaman.az xəbər verir ki, "Kazan Arena"da son dünya çempionatının finalçısı Argentina ilə son Avropa vitse-çempionu Fransa yığmaları üz-üzə gəlib. Görüş Fransanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə penaltidən Antuan Qrizmann açıb. Fransalı hücumçu komanda yoldaşı Kilian Mbappeyə qarşı kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib. 41-ci dəqiqədə Anxel Di Maria uzaqdan qüvvətli zərbə ilə bərabərlik qolunu vurub. 48-ci dəqiqədə Qabriel Merkado Argentinanı hesabda önə çıxarıb. Lakin 57-ci dəqiqədə Benjamen Pavar Fransanın bərabərlik qoluna imza atıb. Qələbə toplarının müəllifi isə 64 və 68-ci dəqiqələrdə Mbappe vurub. O, komandasını növbəti mərhələyə yüksəltməklə yanaşı, oyunun ən yaxşı futbolçusu seçilib. Uzatma dəqiqələrində Serxio Aqüeronun təsəlli qolu isə heç nəyi dəyişməyib. Fransa yığması 1/4 finalda Uruqvay - Portuqaliya görüşünün qalibi ilə üz-üzə gələcək. Bu gün Soçidəki "Fişt" stadionunda keçiriləcək matç saat 22:00-da başlanacaq. DÇ-2018, 1/8 final 18:00. Fransa - Argentina - 4:3 Qollar: Antuan Qrizmann, 13 (penalti ilə). Benjamen Pavar, 57. Kilian Mbappe, 64; 68 - Anxel Di Maria, 41. Qabriel Merkado, 48. Serxio Aqüero, 90+3 Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili) Kazan, "Kazan Arena"
XƏBƏRLƏR
- 2019-12-10
- 10:48
Çilidə göyərtəsində 38 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb
- 10:28
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
- 10:10
Bakıda tikinti materialları bazarı yanır, hadisə yerinə helikopterlər cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB
- 10:00
“Azərişıq” ASC-nin işçisinin ölümü ilə bağlı cinayət işi açılıb
- Davamı
- 2019-12-09
- 12:48
Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası Rusiyada keçiriləcək
- 12:28
Polad Bülbüloğlu “Editor.az” saytının redaktoruna məktub ünvanlayıb
- 12:12
Azərbaycan Prezidenti Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
- 12:00
Əfqanıstanda blokpost yaxınlığında baş verən partlayışda 8 hərbçi ölüb
- 10:48
“Borussiya”nın futbolçusu: “AVRO-2020-nin oyunlarının Bakıda və ya Londonda keçirilməsinin fərqi yoxdur”
- 10:28
Xələf Xələfov: "Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərin 30-40%-i başa çatıb"
- Davamı