:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şeydayev"Trabzonspor"u tərk edib

Font

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun son məşqinə qatılmayıb.

"Doğan" agentliyinin verdiyi məlumata görə, 22 yaşlı hücumçu "zoğalı-mavilər"in düşərgəsini tərk edib. Ona transfer danışıqları aparması üçün icazə verilib. Lakin gənc forvardın hansı klubla görüşəcəyi açıqlanmır.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Şeydayevin Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyi xəbərləri yayılıb. Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.