:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qarabağ"ın sabiq qapıçısı klubun düşərgəsində olub - VİDEO

Font

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubunun sabiq qapıçısı İbrahim Şehiç komandanın düşərgəsində olub.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı qolkiper məşqə gələrək futbolçu və məşqçi heyəti ilə görüşüb.

O, "Qarabağ"ın onun ailəsi olduğunu deyib: "Buradaçox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxları ilə görüşə bilmirdim. Ona görə də gəlib onlarla görüşməyi özümə mənəvi borc bildim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq hər zaman "Qarabağ"ı dəstəkləyəcəyəm, ürəyim bu komandayla döyünəcək".