:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Keşlə"nin Avropa Liqasındakı ilk oyununun stadionu və başlama saatı müəyyənləşib

Font

Bakının "Keşlə" klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" komandasına qarşı keçirəcəyi ilk oyunun stadionun və başlama saatı müəyyənləşib.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq. Start fiti isə Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.

Həmin gün saat 20:00-da "Qəbələ" öz meydanında Lüksemburq "Proqres"ini, saat 21:00-da isə "Neftçi" "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini qəbul edəcək.

Qeyd edək ki, cavab görüşləri iyulun 19-da keçiriləcək.