:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya-Uruqvay matçında Kim Çen Inın oxşarı iştirak edib - VİDEO

Font

Samara şəhərindəki eyniadlı arenada Rusiya və Uruqvay yığmaları arasında keçirilmiş dünya çempionatının III tur matçında KXDR lideri Kim Çen Inın oxşarı iştirak edib.

Yenizaman.az-ın məlumatına görə, xarici görkəmindən Şimali Koreyanın dövlət başçısına çox bənzəyən şəxs azarkeşlərlə şəkil çəkdirməkdə fəal olub.

Onun haradan gəldiyi bilinmir.

Sosial şəbəkələrdə "KXDR-in ali rəhbəri"nin iştirakının da Uruqvayla görüşdə Rusiyaya yardımçı olmadığına dair zarafatlar edilib.

Görüş cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvay A qrupunda 1-ci, Rusiya isə 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib.