:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DÇ-2018: Levandovski evə qayıdır- VİDEO

Font

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II tura yekun vurulub.

Turun son oyununda Polşa və Kolumbiya yığmaları üz-üzə gəlib.

Görüş cənubi amerikalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 40-cı dəqiqədə Yeri Mina açıb. 70-ci dəqiqədə Radamel Falkao fərqi artırıb. Son nöqtəni isə 75-ci dəqiqədə Xuan Kuadrado qoyub.

Bununla da ardıcıl ikinci görüşündən məğlub ayrılan Polşa xal toplaya bilmədiyi üçün qrupda qalıb. Kolumbiya isə ilk qələbə sayəsində 1/8 finala vəsiqə şanslarını qoruyub. Bunun üçün son turda Seneqala qalib gəlmək lazımdır.

DÇ-2018, II tur, H qrupu

24 iyun

19:00. Yaponiya - Seneqal - 2:2

Qollar: Takaşi İnui, 34. Keysuke Honda, 78 - Sadio Mane, 11. Mussa Vaque, 71

Hakimlər: Canluka Rokki, Elenito di Liberatore, Mauro Tonolini (hamısı İtaliya), Abdulrahman əl-Cassim, Taleb əl-Marri (hər ikisi Qətər)

Yekaterinburq, "Yekaterinburq Arena"

22:00. Polşa - Kolumbiya - 0:3

Qollar: Yerri Mina, 40. Radamel Falkao, 70. Xuan Kuadrado, 75

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena"