:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Neymar son 20 ilin antirekordunu təzələdi

Font

Dünya çempionatının qrup mərhələsində keçirilən Braziliya - İsveçrə qarşılaşması Braziliya millisinin futbolçusu Neymar üçün əlamətdar olub.

26 yaşlı hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada 10 dəfə qayda pozuntusuna məruz qalıb.

O, 1998-ci il Fransada keçirilən dünya çempionatından bəri bir oyunda ən çox qayda pozuntusu edilən oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer 1998-ci dünya çempionatında Tunislə matçda 11 dəfə "foul"la üzləşib. (report)