:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Rusiyaya yollanan vətəndaşlarına xəbərdarlıq edib

Font

ABŞ Dövlət Departamenti DÇ-2018-in oyunlarını izləmək üçün Rusiyaya yollanan vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Yenizaman.az xəbər verir ki, bununla əlaqədar yayımlanan bəyanatda bu səviyyədə beynəlxalq tədbirlərin terrorçular üçün cəlbedici hədəf olduğu bildirilib: "Dünya çempionatı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, terrorçular stadion, fan-zona, vağzal və digər ictimai yerlərə hücumlar təşkil edə bilərlər”.

Bundan əlavə, ABŞ vətəndaşlarının Rusiyada hüquq-mühafizə orqanları və və digər vəzifəli şəxslər tərəfindən kələk və şantaja məruz qala biləcəkləri ehtimalının olduğu da xatırladılıb.

Qeyd edək ki, ABŞ millisi 14 iyun – 15 iyulda Rusiyada təşkil ediləcək dünya çempionatına vəsiqə qazanmayıb. Lakin əcnəbilər arasında mundila ən çox, yəni 86 min bileti məhz ABŞ vətəndaşları alıblar.