:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DÇ-2018: Fransa millisi mundiala qələbə ilə başlayıb - VİDEO

Font

Fransa millisi Rusiyada təşkil olunan futbol üzrə 2018-ci il dünya çempionatına qələbə ilə başlayıb.

Yenizaman.az xəbər verir ki, "C” qrupunda yer alan Didye Deşamın komandasıilk görüşdə Avstraliya yığmasını məğlub edib.

Matçda hesabı 58-ci dəqiqədə penalti zərbəsindən Antuan Qrizmann açıb. Bundan 4 dəqiqə sonra avstraliyalılar Mile Yedinakın penalti qolu ilə tarazılığı bərpa ediblər.

Qarşılaşmanın 80-ci dəqiqəsində Pol Poqba qələbə topunu vurub.

Qeyd edək ki, bu gün daha 3 oyun keçiriləcək. Azarkeşlər Argentina – İslandiya, Peru – Danimarka və Xorvatiya – Nigeriya matçlarını izləyə biləcəklər. Görüşlər Bakı vaxtı ilə müvafiq olaraq, saat 17:00, 20:00 və 23:00-da başlayacaq.