:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Stallonenin təcavüzü ilə bağlı iş prokurorluğa göndərilib

Font

Los-Anceles Prokurorluğu Amerika aktyoru Silvestr Stallonenin təcavüzü işinə baxır.

RİA "Novosti" xəbər verir ki, bu barədə "Hollywood Reporter" məlumat yayıb.

Ədliyyə idarəsinin rəsmisi Qreq Rislinq bildirib ki, Santa-Moniko şəhərinin polisi Stallonenin işini çərşənbə günü prokurorluğa göndərib.

Ötən ilin dekabrında TMZ nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, Hollivud aktyoru Silvestr Stalloneni 30 il əvvəlki zorakılıqda ittiham edən qadın Santa-Moniko şəhərinin polisinə şikayət ərizəsi ilə müraciət edib.

Bildirilirdi ki, polis təhqiqat aparır və sonra işdə cinayət tərkibi üçün sübutların olub-olmadığını müəyyən etmək məqsədilə işi prokurorluğa göndərəcək.

Stallone təcavüzlə bağlı ittihamı rədd edib.