Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq edən tərbiyəçi saxlanılıb - RƏSMİ
:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq edən tərbiyəçi saxlanılıb - RƏSMİ

Font

Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.(apa)