Bayramı günlərində “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq
:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bayramı günlərində “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq

Font

Ramazan bayramı günlərində (14-19 iyun) "Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.

"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən xəbərə görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək. "Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir,” – deyə məlumatda bildirilir.