İlham Əliyev: "TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür"
:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev: "TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür"

Font

"Bu gün TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür".

Bunu Prezident İlham Əliyev Türkiyənin Eskişəhər şəhərinin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimində çıxışı zamanı deyib.

"TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə istiqrar gətirir, xalqlara fayda verir", - dövlət başçısı qeyd edib.

"Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) enerji məsələlərin həlli üçün əvəzolunmaz infrastuktur layhəsidir".

Bunu da TANAP-ın birinci hissəsinin açılış mərasimində Azərbaycan Prezidenti bildirib.

"TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”.

Dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: "Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Bu sözün əsl mənasında enerji şaxələndirilməsinə dəstək göstərir. TANAP 7 ölkəni və bir çox şirkətləri birləşdirir. Bütün tərəflərə təşəkkür edirəm ki, qısa müddətdə bu işi yüksək keyfiyyətlə görə bildilər. Əgər 2000-ci illərin əvvəllərində yalnız Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı mövcud idisə, hazırda əməkdaşlıq edən ölkələrin sayı 7-dir. Gələcəkdə daha 3 ölkə bu əməkdaşlığa qoşulacaq. Azərbaycan qazının Avropa qitəsinə çatdırılmasında böyük işlər görməyə çalışmalıyıq”.


Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir”

Bunu isə Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

"Enerjinin İpək Yolu adlandırılan TANAP-ın açılış mərasimi keçirilir. Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq, yeni qitələrə çataraq qlobal əməkdaşlığa çevrilir”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, TANAP fəal enerji siyasətlərinin əksidir: "Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu, həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhəldəri aşır. İki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. Layihədə əməyi olmuş hər kəsə, o cümlədən Prezident İlham Əliyevə təşəıkkür edirəm, Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyevə Allahdan rəhmət diləyirəm".

B.Albayrak həmçinin qeyd edib ki, TANAP enerji təhlükəsizliyi böyük töhfə verəcək.