:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qeyri-qanuni ət satışının qadağa olunacağı vaxt açıqlandı

Font

"Azərbaycan ərazisində xırda və iri buynuzlu heyvanların bütün normalara əməl olunmaqla satışı təmin olunduqdan sonra küçə və meydanlardakı qeyri-qanuni heyvan kəsimi yığışdırılacaq".

Bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, ölkə vətəndaşlarının yeni yaradılacaq heyvan kəsimi müəssisələrində satılan ətlərin yaxşı, keyfiyyətli olub-olmamasına inam məsələsini maarifləndirmə tədbirləri ilə formalaşdırmaq lazımdır: "Onlarda yanlış düşüncə tərzi yaranıb ki, əgər heyvan onun gözü önündə kəsilirsə, onun əti daha yaxşıdır. Bu, tam tərsinədir. Qida məhsullarının içində ən yüksək risklisi heyvan məhsullarıdır. Zoonoz infeksiyalarının yayılması isə insanların sağlamlığını ciddi təhlükə altında qoya bilər".

Q.Təhməzli deyib ki, yeni heyvan kəsimi məntəqələrində müvafiq baytarlıq sanitar-ekspertiza laboratoriyaları təşkil olunacaq.