:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda şirkətlər qrupunun rəhbərliyinə qarşı 37 min avroluq dələduzluq edilib

Font

ATEF Şirkətlər Qrupunun rəhbərliyinə qarşı dələduzluq edilib.

Şirkətlər qrupunun Muşahidə Şurasının sədri Talıb Əlixanbəyov hüquq-mühafizə orqanlarına müraciət edərək şirkətin bir qrup əməkdaşının onun imzasını saxtalaşdıraraq Estoniyada yerləşən "European Power Solutions Estonia” şirkəti ilə müqavilə bağlanıldığını və həmin şirkətin hesabına 37000 avro pulun xəbərsiz köçürüldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ATEF Şirkətlər Qrupu 1998-ci ildə özəlləşdirilən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkətlər qrupu yağ transformatorları, gərginlik transformatorları, komplekt transformator yarımstansiyaları, stabilizatorlar və s. istehsal edir.