:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qarabağ"dan ayrılan qapıçının Türkiyə klubundakı əmək haqqı müəyyənləşib

Font

"Qarabağ” futbol komandasının sabiq qapıçısı İbrahim Şehiçin Türkiyənin "Erzurumspor” klubuna keçidinin təfərrüatı müəyyənləşib.

"Fotomaç” xəbər verir ki, Bosniya və Herseqovina yığmasının üzvü "mavi-ağlar”la 2 illik müqavilə bağlayacaq. Onun illik əmək haqqı 550 min avro təşkil edəcək.

Bildirilir ki, 30 yaşlı qolkiper iyunun 12-də Bakı vaxtı ilə 13:00-da meneceri Fatih İleklə birlikdə İstanbula gələrək, rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, 2013 - 2018-ci illərdə "Qarabağ”ın formasını geyinmiş İbrahim Şehiç daha əvvəl vətənində "Jelezniçar” və Türkiyədə "Mersin İdman Yurdu” komandalarında çıxış edib.