:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Neftçi"yə yeni baş məşqçi gətirildi

Font

"Neftçi"yə yeni baş məşqçi gətirildi"

"Neftçi” futbol klubunun Müşahidə Şurasının və təsisçilərin növbədənkənar Ümumi yığıncağı keçirilib.
İclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb. Nəticədə italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, yeni baş məşqçi 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirən Roberto Bordin elə həmin il məşqçiliyə başlayıb. İtaliyanın "Bolonya” (2005-2006), "Padova” (2006-2007), "Ellas Verona” (2007, 2010-2015), "Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın "Triestina” (2016) və Moldovanın "Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb. O, aprelin 24-də ailə vəziyyəti ilə əlaqədar "Şerif"dən istefa verib.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016 - 2018-ci illərdə çalışdığı "Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə "Qızıl skamya” mükafatına layiq görülüb.