:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

UEFA "Mançester Siti"nin baş məşqçisini iki oyunluq cəzalandırıb

Font

UEFA İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanı iki oyunluq diskvalifikasiya edib.

"Report"un qurum saytına istinadən verdiyi məlumatına görə, buna səbəb İngiltərə təmsilçisinin baş məşqçisinin Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda evdə "Liverpul"la matçda hakimə qəti şəkildə etiraz etməsidir.

X.Qvardiola sözügedən qarşılaşmada meydandan qovulub. İspan mütəxəssisin cəzasının biri şərti xarekter daşıyacaq. Bu hal növbəti mövsümdə təkrarlanacağı təqdirdə, onun cəzası qüvvəyə minəcək.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.