:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ronaldu "Real"da qalmaq üçün ilinə 80 mln. avro istəyib

Font

İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu aldığı əmək haqqı 4 dəfə artırılacağı təqdirdə daha üç il Madriddə qalmağa hazırdır.

Bu barədə "Corriere dello sport" nəşri yazıb.

Müddəti 2021-ci ildə bitəcək hazırkı müqaviləyə görə, Ronaldunun əmək haqqı ildə 21 milyon avrodur.

Ronaldu öz agenti Jorj Mendeşdən klub prezidenti Florentino Peresə ildə 80 mln. avro əmək haqqı müqabilində, həm də azı üç illik müqavilə bağlanması şərti ilə Madriddə qalmağa hazır olduğunu çatdırmağı xahiş edib.

Belə olan halda, yeni müqavilə "qaymaqlar"a 240 mln. avroya başa gələ bilər.