:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əmrə Can "Yuventus"la müqavilənin şərtlərini razılaşdırıb

Font

İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Əmrə Can azad agent statusunda "Yuventus"a (İtaliya) keçməyə yaxındır. 24 yaşlı futbolçu artıq Turin klubu rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırıb.

"Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.

Türkiyə əsilli futbolçunun "Yuventus" klubu ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək.

Əmrə ötən mövsüm İngiltərə Premyer Liqasında "Liverpul"a 26 matçda köməklik edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. O, son üç ayı belindən aldığı travmadan sonra bərpa prosesi keçib.

Can mersisayd klubuna 2014-cü ildə "Bayer"dən (Almaniya) keçib.