:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DÇ-2018: Yaponiya millisinin yekun heyəti açıqlanıb

Font

Futbol üzrə Yaponiya milli komandasının Rusiyadakı dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

"Report”un məlumatına görə, baş məşqçi Akira Nisinonun müəyyənləşdirdiyi heyətdə Türkiyənin "Qalatasaray” klubunun futbolçusu Yuto Naqatoma da var.

Qapıçılar:Eyi Kavasima ("Mets", Fransa), Masaaki Hiqasiquçi ("Qamba Osaka"), Kosuke Nakamura ("Kasiva Reysol")

Müdafiəçilər:Yuto Naqatomo ("Qalatasaray", Türkiyə), Qotoku Sakai ("Hamburq", Almaniya), Tomoaki Makino, Vataru Endo (hər ikisi "Urava Red Daymonds"), Gen Sedzi, Naomisi Ueda (hər ikisi "Kasima Antlers"), Mayya Yosida ("Sautgempton", İngiltərə), Hiroki Sakai ("Marsel", Fransa)

Yarımmüdafiəçilər:Makoto Hasebe ("Ayntraxt", Almaniya), Sindzi Kaqava ("Borussiya" Dortmund, Almaniya), Qaku Sibasaki ("Xetafe", İspaniya), Riota Osima ("Kavasaki Frontale"), Hotaru Yamaquçi ("Serezo Osaka"), Keysuke Honda ("Paçuka", Meksika), Genki Haraquçi, Takasi Usami (hər ikisi "Fortuna", Almaniya), Takasi İnui ("Eybar", İspaniya)

Hücmuçular:Sindzi Okazaki ("Lester Siti", İngiltərə), Yuya Osako ("Verder" Bremen, Almaniya) Yosinori Muto ("Maynts", Almaniya)

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. H qrupunda yer alan Yaponiya yığması iyunun 19-da Saranskda Kolumbiya, iyunun 24-də Yekaterinburqda Seneqal, iyunun 28-də isə Volqoqradda Polşa millisi ilə qarşılaşacaq.