:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məhəmməd Salahın bərpa müddəti 3 həftə çəkəcək

Font

İngiltərənin "Liverpul" klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında "Real"a qarşı oyunda aldığı zədəyə görə 3 həftə müddətinə sıradan çıxıb.

Tibbi müayinə zamanı futbolçuya kürək nahiyəsində bağların qırılması diaqnozu qoyulub.

Onun müalicəsi 3 həftə çəkəcək. Belə olan halda, Salah Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edə biləcək. Onun qrup mərhələsində Uruqvaya qarşı keçiriləcək ilk oyunu buraxacağı gözlənilir.

Futbol üzrə Dünya çempionatı iyun ayının 14-də Rusiya-Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək.