:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan Kubokunun final matçının biletlərinin qiyməti və satışa çıxarılacağı tarix müəyyənləşib

Font

Mayın 28-də Qəbələdə keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçının biletlərinin qiyməti və satışa çıxarılacağı tarix müəyyənləşib.

Peşəkar Futbol Liqasından "Report”a verilən məlumata görə, "Keşlə” və "Qəbələ” komandaları arasında baş tutacaq final oyununu VİP yerlərdən izləmək istəyənlər 30 manat ödəməli olacaqlar. Digər sektorlar üçün bilet qiymətləri isə 2 – 5 manat təşkil edəcək.

Ümumilikdə 4500 bilet mayın 26-da Qəbələ şəhər stadionunun girişində və "Gabaland” Əyləncə Mərkəzində satışa çıxarılacaq. Bilet satışı ilə bağlı Qəbələdə, eləcə də ətraf rayonlardakı otellərdə məlumat lövhələri yerləşdiriləcək.

Qeyd edək ki, final görüşü saat 20:00-da start götürəcək. Oyundan bir saat öncə isə məhşur rumıniyalı müğənni Seeya Qəbələ şəhər stadionunda konsert proqramı ilə çıxış edəcək.