:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

Font

"Qarabağ” klubunun futbolçusu Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər.

"Report” xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü "Haitisporttotal” portalına bildirib. Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır.

"Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, - D.Gerrye vurğulayıb.

Qeyd edək ki, Donald Gerrye ötən yay "Qarabağ”la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.