:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qarabağ"ın ÇL-da rəqibləri hansı komandalar ola bilər?

Font

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak hüququ qazanan 26 komandanın hamısı bəlli olub.

Son vəsiqəni dünən "Latsio”nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən "İnter” qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfədir qitənin ən ali klub yarışında oynayacaq.

2018/18 mövsümündə ÇL-in qrupunda birbaşa oynayacaq komandalar bunlardır:

İspaniya: "Barselona"*, "Atletiko", "Real", "Valensiya"

Almaniya: "Bavariya"*, "Şalke", "Hoffenheym", "Borussiya" (Dortmund)

İngiltərə: "Mançester Siti"*, "Mançester Yunayted", "Tottenhem", "Liverpul"

İtaliya: "Yuventus"*, "Napoli", "Roma", "İnter"

Fransa: "Paris Sen-Jermen"*, "Monako", "Lion"

Rusiya: "Lokomotiv"*, ÇSKA

Portuqaliya: "Portu"

Ukrayna: "Şaxtyor"

Belçika: "Klub Brügge"

Turkiyə: "Qalatasaray"

Çexiya: "Viktoriya"

Adlarının qarşısında ulduz qeyd olunan komandalar birinci səbətdə yer alacaqlar.

Qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu "Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.

Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək.