:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Buffon "Yuventus"da karyerasını başa vurub

Font

Yuventus" futbol üzrə İtaliya A Seriyasının 38-ci turunda "Verona" üzərində qələbə qazanıb.

Turinin "Alyans" stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Qoca Sinyora"nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, "Verona"da isə Alessio Çerçi fərqlənib.

Əfsanəvi qapıçı Canluici Buffon "Yuventus"un heyətində son matçını keçirib. 40 yaşlı futbolçu 64 dəqiqə meydanda olub və Karlo Pinsolyo ilə əvəzlənib. Azarkeşlər Buffonu ayaqüstə sürəkli alqışlarla yola salıblar.

Byankoryerilərin heyətində isveçrəli Ştefan Lixtştayner də sonuncu oyununu keçirib. İkinci hissədə qol imkanı yaransa da, o, penaltidən fərqlənə bilməyib.

Ötən tur çempionluğu özünə təmin etmiş "Yuventus" yarışı aktivində 95 xal ilə başa vurub. "Verona" (25) isə sonuncudan sonrakı yeri tutaraq A Seriyasını tərk edib.