:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kann Festivalında zinət əşyaları ilə heyran edən məşhurlar - FOTO

Font

Xəbər verdiyimiz kimi dünən 71-ci Kann Kino Festivalının açılış mərasimi baş tutub.

Dünya ulduzları bu dəfə də ənənəyə sadiq qalaraq qırmızı xalçada dəb şousu nümayiş etdirib. Bu tədbir üçün dünya şöhrtəli dizaynerlərə əvvəlcədən təmtəraqlı libaslar sifariş verən məşhurların saç və makiyajı, eləcə də bahalı zinət əşyaları böyük diqqət çəkib.

Ulduzların stilistləri hansısa bir parlaq aksessuarla öz müştərilərinin obrazlarını tamamlayır, ya da bir neçəsinə üstünlük verirlər, lakin bu zaman seçilən zərgrlik nümunələri çox sadə olur və bu, parlaqlıq ümumi görünüşə xələl gətirmir.

Məsələn, böyük sırğalar seçimi zaman fashion-mütəxəssislər boyunbağıdan imtina edir. Əgər iri boyunbağı varsa, onda xırda sırğalara üstünlük verilir. Bəzən isə obraz əlavələr olmadan qalır.

Modapərəst oxucuları Penelopa Krus, Culiana Mur, Keyt Blanşet, Kristen Stüart, Fan Bibin, Lea Seydu, Kamila Koelo və başqa aktrisaların Kann Kino Festivalının açılışında taxdığı zinət əşyaları və digər aksessuarlarla tanış edib.