:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Mançester Siti”dən üçqat rekord

Font

"Mançester Siti” klubu İngiltərə Premyer Liqasının 31-ci turdan təxirə salınmış matçda "Brayton”la qarşılaşıb.

Doğma meydanda rəqibini 3:1 hesabı ilə məğlub edən "şəhərlilər” üçqat rekorda imza atıblar.

"Mançester Siti” İngiltərə premyer liqası tarixində bir mövsüm ərzində ən çox qələbə əldə edən, xal toplayan və qol vuran klub olub.

Xosep Qvardiolanın yetirmələri 31 matçda qələbə qazanıb, 97 xal toplayıb və 105 dəfə rəqiblərinin qapılarına yol tapıblar.