:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avroviziyanın I yarımfinalının açılışını Azərbaycan təmsilçisi edəcək

Font

Avroviziya beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı Lissabonun "Altice" arenada keçiriləcək. 

TASS xəbər verir ki, müsabiqədə 19 ölkə yarışacaq. Tədbirin açılışında Azərbaycan təmsilçisi Aysel çıxış edəcək. Püşkatmaya əsasən həmin axşam İslandiya, Albaniya, Belçika, Çexiya, Litva, İsrail, Belarus, Estoniya, Bolqarıstan, Makedoniya, Xorvatiya, Avstriya, Yunanıstan, Finlandiya, İsveçrə, İrlandiya, Kipr və Ermənistan təmsilçiləri çıxış edəcəklər. Müsabiqədə həmçinin Portuqaliya, İspaniya və Britaniya təmsilçiləri də çıxış edəcəklər. Portuqaliya ev sahibi olduğundan finalda birbaşa iştirak hüququna malikdir. Müsabiqənin finalı mayın 12-də keçiriləcək.