:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Liqası: "Atletiko"nun finaldakı rəqibi müəyyənləşdi - VİDEO

Font

Futbol üzrə Avropa Liqasının final matçında İspaniya "Atletiko"sunun rəqibi müəyyənləşib.

 "Marsel" yarımfinalda Avstriya "Zaltsburq"unu iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. Öz meydanında 2:0 hesabı ilə qələbə qazanan Fransa təmsilçisi səfər matçının əsas vaxtında eyni hesabla uduzub. Nəticədə əlavə vaxt təyin olunub. Bu zaman "Marsel"in futbolçusu Rolando fərqi azaldıb. Nəticədə "Marsel" səfərdə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, ümumi nəticədə 3:2 hesablı üstünlüklə mərhələ adlayıb.

Avropa Liqası, yarımfinal, cavab oyunları

"Zaltsburq” (Avstriya) – "Marsel” (Fransa) - 2:1 (ƏLAVƏ VAXT - 0:1)

Qollar:Amadu Haydara, 53. Buna Sarr, 65-öz qapısına - Rolando, 116

Qırmızı vərəqə: Amadu Haydara, 119 ("Zaltsburq")

Baş hakim: Sergey Karasyov (Rusiya)

İlk oyun - 0:2

Daha əvvəl "Atletiko" İngiltərə "Arsenal"ını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 1:1, 1:0.

Qeyd edək ki, final oyunu mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək.