:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda keçirilən “Formula 2” üzrə ikinci yarışın qalibi müəyyənləşib

Font

"Art Grand Prix” komandasının pilotu Corc Rassel Bakıda keçirilən "Formula 2” üzrə ikinci yarışın qalibi olub.

"Report”un məlumatına görə, britaniyalı pilot 21 dövrəlik yarışda rəqiblərini qabaqlayıb.

"Carlin”nin sürücüsü Serxio Sette Kamara ikinci, "Prema Powerteam”ın pilotu Nik de Vris isə üçüncü yeri tutub.

Qalibi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev mükafatlandırıb.

"Formula-2”nin birinci – 29 dövrəlik yarışında "Dams” komandasının pilotu Aleksandr Olbon rəqiblərini qabaqlayıb.