:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda keçirilən “Formula-2” yarışında iki qəza baş verib

Font

İspaniyanın "Campos Vexatec Racing” komandasının pilotları Bakıda keçirilən "Formula- 2” üzrə ilk yarışda uğursuzluqla üzləşiblər.

"Report”un məlumatına görə, komandanın hər iki pilotu bir-birinin ardınca qəzaya düşüb. Əvvəlcə Luka Qottonun, daha sonra isə Roy Nissaninin idarə etdiyi bolid səddə çırpılıb. Hər iki sürücü mübarizəni dayandırıb.

Maşınlar trekdən evakuasiya olunub.

Qeyd edək ki, aprelin 28-də "Formula 1” üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid səddə çırpılıb.