:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Real Madrid" dünya çempionatına kimi Ronaldu ilə müqavilə imzalayacaq

Font

İspaniyanın "Real Madrid" klubu ulduz futbolçusu Kriştianu Ronalduya Rusiyada keçiriləcək dünya çempionatına kimi yeni müqavilə təklif etmək niyyətindədir.

AS nəşrinin verdiyi məlumata görə, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmağı planlaşdırır.

Portuqaliyalı hücumçu təklifdən xəbərdardır və bu təşəbbüsü müsbət qarşılayıb.

Xəbərdə bildirilir ki, yeni müqavilənin müddəti 2021-ci ilin iyun ayına qədər olacaq. Futbolçu isə illik 30 milyon avro qazanacaq.