:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Futbol üzrə Türkiyə Kuboku: "Fənərbaxça" - "Beşiktaş" oyunu yarımçıq dayandırılıb

Font

Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılıb.

"Report"un məlumatına görə, buna səbəb matçın 57-ci dəqiqəsində baş verən hadisələr olub.

Belə ki, azarkeşlər stadiona kənar əşyalar atıblar. Futbol fanatları xüsusən "Beşiktaş"ın ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət alıb. Ona tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

Matçın hakimləri azarkeşlərin xoşagəlməz davranışları ilə əlaqədar matçı saxlayıblar və yarım saat sonra oyunun yarımçıq dayandırılması qərarını veriblər.

Qeyd edək ki, matç zamanı komandaların oyunçuları arasında da gərginlik yaranıb. "Beşiktaş"ın müdafiəçisi Pepe qarşılaşmanın birinci hissəsində kobud hərəkətinə görə, hakim tərəfindən qırmızı vərəqə alaraq meydançadan qovulub.

Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.