:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya Cənub Hərbi Dairəsində hava hücumundan müdafiə təlimləri keçirib

Font

Rusiya ordusu Cənub Hərbi Dairəsində (CHD) hava hücumundan müdafiə bölmələrinin planlı taktiki təlimlərini keçirib.

Yenizaman.az "RİA Novosti"yə istinadən xəbər verir ki, "S-400" tipli "Triumf" zenit-raket sistemləri həyəcan siqnalı ilə hərəkətə keçirilib və müəyyən ərazilərdəki mövqelərə yerləşdirilib, ardından quraşdırılaraq maskalandırılıb.

Rusiyalı hərbçilər şərti düşmənin təkli, qrup şəklində və kütləvi hava hücumlarının qarşısını almaq məsqədilə raketlərin elektron buraxılışını həyata keçiriblər.

Qeyd edək ki, CHD-nin tərkibinə Rusiya ərazisindən kənarda yerləşən üç baza, o cümlədən Ermənistandakı hərbi baza daxildir.