Avropa Liqasında yarımfinalçılar məlum olub - VİDEO
- Yerləşdirilib: 2018-04-13 07:00:44
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. Ggecənin qarşılaşmalarından sonra İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zalsburq" komandaları yarımfinala yüksəlib. "Arsenal" ötən həftə evdə 4:1 hesabı ilə yendiyi MOİK-lə Rusiyada 2:2 hesablı heç-heçə edib. "Topçular" iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf olublar. "Atletiko" evdə 2:0 hesabı ilə yendiyi "Sportinq"ə Portuqaliyada minimal hesabla uduzsa da, top fərqində üstün olub. "Marsel" və "Zalsburq" komandaları isə müvafiq olaraq, Almaniya "Leyptsiq"i ilə İtaliya "Latsio"sunun qapısından müvafiq olaraq 5 və 4 top keçiriblər və ilk görüşdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıblar. Avropa Liqası, 1/4 final, cavab oyunları "Zalsburq” (Avstriya) – Latsio (İtaliya) - 4:1 Qollar: Munas Dabbur, 56. Amadu Haydara, 72. Hi-Çan Hvanq, 74. Ştefan Layner, 76 - Çiro İmmobile, 55 Baş hakim: Damir Skomina (Sloveniya) İlk oyun – 2:4 "Sportinq” (Portuqaliya) – "Atletiko” (İspaniya) - 1:0 Qol: Fredi Montero, 28 Baş hakim: Milorad Majiç (Serbiya) İlk oyun – 0:2 MOİK (Rusiya) – "Arsenal” (İngiltərə) - 2:1 Qollar: Fyodor Çalov, 39. Kirill Nababkin, 50 - Denni Uelbek, 75 İlk oyun – 1:4 Baş hakim: Feliks Tsvayer (Almaniya) "Marsel” (Fransa) – "Leyptsiq” (Almaniya) - 4:2 Qollar: Ştefan İlsanker, 6-öz qapısına. Buna Sarr, 9. Florian Toven, 38. Dimitri Payet, 60 - Bruma, 2. Jan-Kevin Oqüsten, 55 Baş hakim: Born Keypers (Hollandiya) İlk oyun – 0:1 Yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.
XƏBƏRLƏR
- 2019-12-06
- 20:07
Sergey Lavrov ABŞ-a səfər edəcək
- 19:03
Merkel: “Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram”
- 18:03
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir
- 17:50
Bank VTB (Azərbaycan)-ın kollektivi ağacəkmə aksiyasına qoşulub
- 17:02
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
- 16:10
OPEC+ ölkələri neft hasilatında proporsional əlavə azalmanı gələn ilin ilk rübündə müzakirə edəcək
- 15:58
“Çelsi”nin transfer qadağası ləğv edilib
- 15:31
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
- 14:26
Habil Vəliyev azadlığa buraxılıb
- 14:21
"WhatsApp" kütləvi mesajları qadağan edir
- Davamı